
Qvardiola braziliyalı futbolçunun satılmasına mane olub
“Mançester Siti”nin futbolçusu Savionun “Tottenhem”ə keçməməsinin səbəbi məlum olub.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, yay transfer pəncərəsində baş məşqçi Pep Qvardiola klubun idman direktoru Uqo Vianaya Savioya göndərilən istənilən təklifi nəzərdən keçirməməyi tapşırıb.
Braziliyalı vingerə həmçinin, “Barselona” da maraq göstərib, ancaq Qvardiolanın qərarı ilə transfer baş tutmayıb.
21 yaşlı futbolçu bu mövsüm hələ oyunlarda iştirak etməyib. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



