“Qalatasaray” üçün Çalhanoğlu mövzusu bağlanmayıb

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu yaxın gələcəkdə klubdan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bir müddətdir Türkiyəyə qayıdacağı ilə bağlı yayılan şayiələrə baxmayaraq, hələ də milanlıların heyətində çıxışını davam etdirir.

“Qalatasaray”ın baş məşqçisi Okan Burukun son açıqlaması transfer mövzusunun hələ də bağlanmadığını göstərir. Onun sözlərinə görə, Çalhanoğlu sentyabrda “İnter”dən ayrılmayacaq, ancaq yanvarda və ya gələn yay bu məsələ yenidən gündəmə gələ bilər.

“Transfermarkt” portalı 31 yaşlı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir. Onun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button