
“Barselona”ya ikinci komandada oynamaq üçün gəlməmişəm” – Yeni transfer
“Barselona”nın yeni yarımmüdafiəçisi Runi Bardqi Kataloniya klubunun əsas heyətində özünü sübut etmək şansını gözləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ikinci komandada oynamaq fikrində olmadığını söyləyib:
“Mən bura ikinci komandada oynamaq üçün gəlməmişəm. Yüksək səviyyədə 100-dən çox oyun keçirmişəm və “Barselona”nın ehtiyatına çağırılsaydım, transferə razılıq verməzdim”.
Runi 2025-ci ilin yayında “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Kopenhagen”dən “Barselona”ya keçib, lakin komandada hələ debüt edə bilməyib. 19 yaşlı futbolçu daha əvvəl Danimarka klubunun heyətində 84 oyunda 15 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



