“Mançester Siti” dünyadakı ən yaxşı klubdur”

İtaliya millisinin qapıçısı Canluici Donnarumma yeni klubu “Mançester Siti” barədə fikirlərini bölüşüb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, 26 yaşlı qolkiper “Mançester Siti”nin dünyadakı ən yaxşı klub olduğunu bildirib:

“Mançester Siti dünyadakı ən yaxşı klubdur. Komandanın məni bu qədər çox istəməsi qürurvericidir. Bu, emosional və xoşbəxt anımdır”.

Donnarumma yay transfer pəncərəsinin son günlərində PSJ-dən İngiltərə təmsilçisinə keçib. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

İtaliyalı qapıçının transferi “Mançester Siti”yə 30 milyon avroya başa gəlib. O, son dörd mövsümü PSJ-də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button