İngiltərə klubu Donnarummanın transferini bitirir

“Mançester Siti” qapıçı transferini yekunlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” PSJ-nin qolkiperi Canluici Donnarummanı heyətinə qatmağa hazırlaşır. Rəsmi açıqlamanın bu gün, transfer pəncərəsinin bağlanmasına az qalmış veriləcəyi gözlənilir.

İtaliyalı qapıçının keçidi “Mançester Siti”yə 20-25 milyon avroya başa gələcək. Onunla 5 illik müqavilə imzalanacaq, illik maaşı 13 milyon avro olacaq və əlavə olaraq 2 milyon bonus nəzərdə tutulub.

26 yaşlı futbolçu “Mançester Siti”də braziliyalı Edersonu əvəzləyəcək. Sonuncunun yaxın günlərdə “Fənərbaxça”ya keçəcəyi gözlənilir.

Donnarumma 2021-ci ildən PSJ-nin şərəfini qoruyur. Ondan əvvəl isə vətəni İtaliyada “Milan”ın heyətində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button