
Sabiq futbolçu Vinisiusun ehtiyatda qalmasından danışdı
“Real”ın sabiq futbolçusu Luış Fiqu, Vinisius Juniorun “Ovyedo” ilə La Liqa matçında start heyətində yer almaması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərarın ilk növbədə rəqibə uyğun olaraq verildiyini düşünür:
“Bilmirəm, bu bir xəbərdarlıq idi, ya yox. Amma düşünürəm ki, bu qərar ilk növbədə rəqibə uyğun olaraq verilib, hansısa cəza məqsədi daşımayıb. Baş məşqçi hər zaman öz taktiki planına və rəqibə qarşı oyun ideyasına əsasən qərar verir. Bu dəfə Vinisius ehtiyatdan oyuna daxil oldu. Futbolçular həmişə start heyətində oynamaq istəyirlər, bu, normaldır”.
Braziliyalı vinger ehtiyat oyunçular skamyasından meydana daxil olub, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Madrid klubu 3:0 hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin



