Sabiq futbolçu “Mançester Yunayted”in oyunçularını “fırıldaqçı” adlandırdı

“Aston Villa”nın və İngiltərə millisinin keçmiş hücumçusu Qabriel Aqbonlahor kubokda “Qrimzbi”yə məğlub olan “Mançester Yunayted”i (2:2, penaltilərlə 11:12) tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanı “bir dəstə fırıldaqçı” adlandırıb:

“Bu, biabırçılıqdır, onlar bir dəstə fırıldaqçıdır, liderləri yoxdur. Onlar kiminlə müqavilə imzalamasından asılı olmayaraq, dağılmış komandadırlar. Oyunçular Qrimzbiyə gedən “Mançester Yunayted” azarkeşlərinə nə etdilərsə – onlara biletlər, səyahət, yemək və içki üçün pullarını geri verməlidirlər”.

“Mançester Yunayted” Premyer Liqada yeni mövsümə zəif başlayıb. Komanda “Fulhem”lə 1:1 hesablı heç-heçə etməzdən əvvəl “Arsenal”a 0:1 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button