
“Qarabağ”ın futbolçusu “Real” və ya “Barselona” ilə qarşılaşmaq istəyir
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “Ferentsvaroş”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan (2:3) sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, monteneqrolu futbolçu komandasının mərhələ adlamağa layiq olduğunu deyib:
“Qarabağ” mərhələ adlamağa layiq idi: “Oyun çox çətin keçdi. Rəqibin daha 3-4 şansı oldu. Kiçik detallar oyuna təsir edir. Xüsusən, standart vəziyyətlərdə çətinlik çəkirdik. Bütün bunlara baxmayaraq, cavab oyununda uduzsaq da, yekunda mərhələ adladıq. Bu münasibətlə hər kəsi təbrik edirəm. Mərhələ adlamağa və Liqa mərhələsində oynamağa layiq idik”.
Yankoviç liqa mərhələsində qarşılaşmaq istədiyi komandaların adlarını da açıqlayıb:
“Hamı “Barselona” və ya “Real”a qarşı oynamaq istəyər. Bilmirəm, bu, yaxşı ideyadır, ya pis. Amma seçməli olsaq, “Real”, yaxud “Barselona”nı seçərdim. Düzdür, bu cür nəhənglərə qarşı işimiz çox çətin olacaq. Lakin bu da bir təcrübədir. Oyunlardan həzz almalıyıq”.
Bizi Facebook-da izləyin



