
“İmişli”də kolumbiyalı futbolçu – Rəsmi
“İmişli” kolumbiyalı müdafiəçi Edvin Banqeranı sıralarına cəlb edib.
Klubdan Komanda.az-a verilən məlumata görə, 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sol cinah müdafiəçisi Portuqaliyanın 2-ci Liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.
Bunadək o, “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



