
Türkiyə klubu Ederson üçün 15 milyon avro təklif edir
“Mançester Siti”nin qapıçısı Ederson Moraes hələ də “Qalatasaray”ın transfer siyahısındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi 32 yaşlı futbolçunun transferi üçün “şəhərlilər”ə 15 milyon avro təklif edir.
Türklər Edersonun özü ilə maaşı 7 milyon avro olacaq üç illik müqavilə imzalamağa hazırdırlar.
Braziliyalı futbolçu 2017-ci ilin iyulundan “Mançester Siti”də çıxış edir. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2026-cı ilin iyununda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



