
Yeni transfer mövsümün ilk matçında oynayacaq?
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yeni futbolçusu İlya Zabarnının Fransa çempionatının açılış turunun “Nant”la qarşıdakı oyununda meydana çıxıb-çıxmayacağından danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunun mümkün olduğunu söyləyib:
“Zabarnı meydana çıxacaqmı? Mümkündür, o, bu görüşün oyunçular siyahısındadır. Müdafiə çox çətin mövqedir. Bu oyunçulara qarşı çox yüksək tələblərimiz var”.
Ukraynalı futbolçu bu yay 63 milyon avroya “Bornmut”dan PSJ-yə keçib.
“Nant” – PSJ matçı avqustun 17-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



