
PSJ-dən ayrılacağı deyilirdi – Komanda ilə məşq edir
Canluici Donnarumma PSJ-ni tərk edə bilər, ancaq hələlik komandanın məşqlərində iştirak edir.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
26 yaşlı oyunçunun komandasını dəyişmək üzrə olduğu barədə xəbərlər yayılıb. Donnarumma ilə maraqlanan əsas klub “Mançester Siti” hesab olunur. “Şəhərlilər” italiyalı qapıçı üçün təxminən 12 milyon avro ödəməyə hazırdır, PSJ isə satışdan 50 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Donnarumma ötən mövsümdə 47 oyuna çıxıb, 43 top buraxıb və 17 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



