İkardiyə təklif var – Avropadan kənardan

“Qalatasaray”ın hücumçusu Mauro İkardi karyerasını Avropadan kənarda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, MLS-dən adı açıqlanmayan klub argentinalı forvarda iki illik müqavilə təklif etməyə hazırdır və müddətin bir il əlavə uzatma imkanı da mövcuddur.

32 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. Bununla belə, Türkiyə klubu əməkdaşlığın davamını istəyir və artıq onunla danışıqları planlaşdırıb.

İkardi ötən ilin noyabrından bəri zədədən əziyyət çəkirdi, ancaq bu yaxınlarda geri dönüb və meydana çıxar-çıxmaz qol sevinci yaşayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button