
“Qalatasaray” “Lion”un müdafiəçisi üçün danışıqlar aparır
“Lion”un sağ cinah müdafiəçisi Ensli Meytlend-Naylz karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ingilis futbolçu “Qalatasaray”ın transfer hədəfinə çevrilib. Türkiyə klubunun rəhbərliyi müdafiəçinin nümayəndələri ilə artıq transfer şərtlərini müzakirə edib. “Qalatasaray” yaxın vaxtlarda “Lion”a rəsmi təklif verəcək. Meytlend-Naylzın özü də karyerasını Türkiyə çempionatında davam etdirməyin əleyhinə deyil.
27 yaşlı futbolçu 2024/25 mövsümündə 44 matçda iştirak edib, 1 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



