“Fənərbaxça” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır

Oleksandr Zinçenko yay transfer pəncərəsi bağlanmadan “Arsenal”dan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı müdafiəçi ilə “Fənərbaxça” maraqlanır. İstanbul təmsilçisini hazırda portuqaliyalı mütəxəssis Joze Mourinyo çalışdırır.

London klubu Zinçenkonun transferindən təxminən 15 milyon avro qazanmaq istəyir.

28 yaşlı futbolçu son mövsümdə “topçular”ın əsas heyət oyunçusu olmayıb. O, 23 matçda iştirak edərək, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button