“Omoniya” “Araz-Naxçıvan”la oyunlar üçün yeni futbolçu sifariş etdi

Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunda “Araz-Naxçıvan”la qarşılaşacaq “Omoniya” yeni transferini açıqlayıb.

Komanda.az xəbər verir ki, Nikosiya təmsilçisi yarımmüdafiəçi Karel Eytinqin alınması ilə bağlı Niderlandın “Tvente” klubu ilə anlaşıb.

27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

27 yaşlı futbolçu “Ayaks”, “Haddersfild”, “Genk”, “Volendam”, “Tvente”, “Sparta” (Rotterdam) klublarında oynayıb.

“Omoniya” Eytinqini “Araz-Naxçıvan”la avqustun 7-də və 14-də keçiriləcək matçlar üçün sifariş edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button