PSJ Donnarummanı əvəz edəcək qapıçını tapıb

“Lill”in qapıçısı Luka Şevalye yaxın günlərdə PSJ-nin futbolçusu ola bilər.

Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

PSJ-nin baş məşqçisi Luis Enrike gənc qolkiperin komandanın əsas qapıçısı olacağını planlaşdırır. Canluici Donnarumma ilə yeni müqavilə üzrə razılıq əldə edilə bilmədiyindən, onun yay transfer pəncərəsində klubu tərk etməsi ehtimal olunur.

Fransalı qolkiperin bazar dəyəri hazırda 30 milyon avro qiymətləndirilir. 23 yaşlı futbolçu 2020-ci ildən “Lill”də çıxış edir və Fransa Liqa 1-in ən perspektivli qolkiperlərindən biri hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button