
“Çelsi” Sterlinq üçün təklif alıb
“Çelsi”nin vingeri Rahim Sterlinq transfer pəncərəsi bağlanana qədər klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Çempionlar Liqasında iştirak edən adı açıqlanmayan klub ingiltərəli futbolçunu almaq istəyini bildirib. “Çelsi” yarımmüdafiəçinin satışından ən azı 20 milyon funt-sterlinq (təxminən 23 milyon avro) qazanacağını gözləyir.
Sterlinq son mövsümdə “Arsenal”da icarə əsasında oynadıqdan sonra “Çelsi”yə qayıdıb. 30 yaşlı futbolçu bu müddət ərzində 28 matçda 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin