“Neftçi” Polşada ikinci sınağına hazırdır

“Neftçi” Polşanın Keltse şəhərində təlim-məşq toplanışını davam etdirir.

Komanda.az xəbər verir ki, komanda üzvləri toplanışın 7-ci günündə növbəti məşqə çıxıblar.

Bu, “ağ-qaralar”ın yerli “Termalitsa” (Nyeçetşa) klubuna qarşı sabah keçirəcəyi ikinci yoxlama oyunundan əvvəl son hazırlığı olub.

Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək görüş “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button