Xarici KİV: “Neftçi” rumıniyalı müdafiəçi ilə anlaşıb

Növbəti mövsüm üçün transfer fəaliyyətini davam etdirən “Neftçi” daha bir futbolçunun keçidini həll edib.

Komanda.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” müdafiəçi Kristian Kostini rənglərinə bağlayıb. Bakı klubu rumıniyalı futbolçu ilə razılıq əldə edib.

Azad agent statusunda olan 27 yaşlı sağ cinah müdafiəçisinin transferi yaxın zamanda açıqlanacaq.

Kostinin son klubu “Dinamo” olub. O, ötən mövsüm Buxarest təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button