
“Real”ın müdafiəçisi İtaliya klubuna keçir
“Real”ın müdafiəçisi Xakobo Ramon karyerasını İtaliya A Seriyasında davam etdirməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu “Komo”ya keçid üçün razılığını verib və klublar arasında danışıqların da yekunlaşmaq üzrə olduğu bildirilir.
“Real” rəhbərliyi bu transferə ötən il Nikolas Pazın keçidində olduğu kimi, geri alma hüququnu daxil etməyi planlaşdırır.
İspaniyalı müdafiəçi əsas komandanın heyətində cəmi 6 oyun keçirib və 1 qol vurub. O, həmçinin, bu yaxınlarda keçirilmiş Klublararası dünya çempionatında da meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin