
“Neftçi”dən ilk yoxlama matçında heç-heçə
Növbəti mövsümə hazırlığını Polşada davam etdirəm “Neftçi” ilk yoxlama matçını keçirib.
Komanda.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. “Neftçi”nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.
Paytaxt təmsilçisi növbəti görüşlərini Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



