
Baş məşqçi onun PSJ-də qalacağına əmindir
PSJ-nin baş məşqçisi Luis Enrike klubu ilə çıxışını davam etdirib-etdirməyəcəyi sual altına düşən vinger Bredli Barkolanın gələcəyinə aydınlıq gətirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, fransalı futbolçunun Paris klubunda qalacağına əmindir:
“Bredli Barkolanın gələcəyi? Onun bizdə qalacağına şübhəm yoxdur. Oyunçularımızın başqa klubların maraq dairəsində olması bizi sevindirir. Ancaq Barkola bizim güvəndiyimiz gənc futbolçulardandır. Onun PSJ-də hələ uzun illər oynayacağını gözləyirəm”.
Daha əvvəl “Bayern”in və “Liverpul”un 21 yaşlı vingerə maraq göstərdiyi bildirilmişdi. O, son mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 58 oyuna çıxaraq, 21 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin