
“Özümüzü böyük bir ailə kimi hiss edirik”
“Mançester Siti”nin hücumçusu Omar Marmuş komandadaxili ab-hava ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Birlikdə çox vaxt keçirdik, səhər yeməyi, nahar və şam yeməyində oturduq. Boş vaxtlarımızı da oyunlar və məşq arasında birlikdə keçiririk. Bu, bizi gücləndirir və özümüzü böyük bir ailə kimi hiss edirik”.
26 yaşlı futbolçu bu ilin yanvarında “Mançester Siti”yə keçib. O, “şəhərlilər”in heyətində bütün yarışlarda 24 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



