
“Bu oyun bizim üçün yaxşı sınaq oldu”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının seçmə mərhələsində Kolumbiya yığması ilə keçirilən oyunu şərh edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Argentinalılar 0:1 geridə olduğu vaxt azlıqda qalsa da, oyunun sonlarında bərabərlik qolunu vurmağa nail olub.
Komanda.az Argentina millisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Skaloni ikinci hissədə komandasının oyunun ritmini dəyişdiyini bildirib:
“Birinci hissədə rəqibin qapısına yol tapa bilmədik. Ancaq ikinci hissədə komandam oyunun ritmini dəyişdi və qol vəziyyətləri yaranmağa başladı. Bu oyun bizim üçün üç müdafiəçi ilə oynamaq baxımından yaxşı sınaq oldu”.
Qarşılaşmanın 24-cü dəqiqəsində hesabı “Liverpul”da çıxış edən kolumbiyalı hücumçu Luis Dias açıb. 70-ci dəqiqədə isə Enzo Fernandes birbaşa qırmızı vərəqə alaraq Argentina yığmasını azlıqda qoyub.
Bizi Facebook-da izləyin



