
“Yamal bir neçə dəfə “qızıl top”u qazanacaq” – Sabiq futbolçu
“Bayern”in sabiq hücumçusu Mario Qomes “Barselona”nın 17 yaşlı cinah oyunçusu Lamin Yamalın 2025-ci ildə “qızıl top”u qazanmaq şanslarından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun performansını öz oyun tərzinə bənzədib:
“Gələcəyi təxmin edə və qalibin adını deyə bilmərəm. Amma düşünürəm ki, Yamal karyerasında bir neçə dəfə “qızıl top”u qazanacaq. Çoxu mənim karyeramı çox yaxşı xatırlayır. Mənim karyeram Laminin indi göstərdiyi səviyyədə idi. O səviyyədə oynamaq çılğınlıqdır, zədə almasa, Yamal dünya futboluna hakim olacaq”.
Yamalın Kataloniya klubu ilə müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin