Deşam: “Mbappe mərkəz hücumçusu kimi çox təsirlidir”

Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin hücumun mərkəzində daha səmərəli olduğunu bildirib.

“Real”ın 26 yaşlı hücumçusu La Liqanın başa çatan mövsümündə 31 qol vuraraq “qızıl buts” mükafatına layiq görülüb və Avropanın ən məhsuldar futbolçusu olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis Mbappenin məhz bu mövqedə oynamağa vərdiş etdiyini söyləyib:

“Mbappe məhz bu mövqedə oynamağa vərdiş edib və bu zonada çox təsirlidir. O, səbəbsiz yerə Avropanın ən yaxşı bombardiri olmayıb. Ondan çox qol vuran olmadı. Bütün mövsüm hücumun mərkəzində çıxış etdi.

Bəli, onun tərzi Olivye Jirudan fərqlidir, amma düşünürəm ki, bu mövqe həm onun, həm də komanda üçün ən ideal yerdir. Bu da hücumun mərkəzidir”.

Fransa yığması sabah UEFA Millətlər Liqasının 3-cü yer uğrunda oyununda Almaniya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button