“Barselona”da Ter Ştegen dövrü bitir

Mark-Andre ter Ştegen yaxın vaxtlarda “Barselona”dan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Almaniyalı qapıçının Kataloniya klubundan ayrılmasına səbəb onun zədədən sonra göstərdiyi davranış ola bilər. Belə ki, o, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”lə cavab oyununda start heyətində yer almadığına görə narazılığını gizlətməyib.

Bundan əlavə, “Barselona”nın Ter Ştegenlə yollarını ayırması kluba maliyyə baxımından da müəyyən rahatlıq gətirə bilər. Rəhbərlik həmçinin, onun uzun fasilədən sonra əvvəlki səviyyəsinə qayıdacağına əmin deyil.

33 yaşlı qapıçı 2014-cü ilin yayından bəri “Barselona”nın şərəfini qoruyur. Onun klubla müqaviləsinin müddəti 2027/28 mövsümünün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button