
Azərbaycan yığması yenə uduzdu
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirib.
Komanda.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya seçməsi ilə qarşılaşıb.
Görüş rəqib yığmanın qələbəsi ilə yekunlaşıb – 3:0 (25:20, 25:12, 25:20).
Qızıl Avropa Liqasının ikinci turu Slovakiyanın paytaxtı Bratislavada keçirilir. Azərbaycan yığması daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda növbəti görüşünü sabah Monteneqro millisinə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



