
Macar futbolçu “Liverpul”a keçir
“Bornmut”un macar müdafiəçisi Miloş Kerkez “Liverpul”a keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər danışıqların son mərhələsinə hazırlaşır.
21 yaşlı oyunçunun mümkün transferi 45 milyon avro dəyərində qiymətləndirilir. Kerkez 2024/25 mövsümündə 41 oyunda meydana çıxıb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Liverpul” son mövsümdə Premyer Liqa çempionu olub. “Bornmut” isə turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin