Siyasət Əsgərovun adamı heyrətləndirməkliyi

Rəşad Ergün

Açığı, qadın futbolunu elə də izləmirəm. Amma Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Millətlər Liqasında Litvaya 0:5 hesablı məğlubiyyəti diqqətimi yenicə çəkmişdi ki, komandanın baş məşqçisi Siyasət Əsgərovun oyundan sonrakı açıqlaması diqqəti heyrətə çevirdi.

Adam deyir ki, komandamız rəqibə yuxarıdan aşağı baxırdı. Sonra da deyir ki, azarkeşlərin sayı çox idi, futbolçuların həyəcanı oyuna təsir etdi. “Qızlar gecə qorxulu film izləyiblər, meydançada qorxduları hiss olunurdu” kimi daha bir sərsəm açıqlama da gözləyirdim Əsgərovdan…

Biri bu adama başa salsın ki, sən baş məşqçisən. Baş məşqçinin işi qarnını qabağa verib şəkil çəkdirməkdən ibarət deyil, həm də komandanı oyuna hazırlamaqdır. Və bura psixoloji hazırlıq da daxildir, mütləq daxildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button