
Salah etiraf etdi: Ərəblərlə danışıq aparıb
“Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salah etiraf edib ki, İngiltərə klubu ilə müqaviləsini uzatmazdan əvvəl karyerasını Səudiyyə Ərəbistanının Pro Liqasında davam etdirməyi ciddi şəkildə nəzərdən keçirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, misirli futbolçu bu addımı həqiqətən düşündüyünü bildirib:
“Bəli, karyeramı Səudiyyə Ərəbistanında davam etdirmək variantım var idi. Danışıqlar aparıldı və bu addımı həqiqətən düşündüm. “Liverpul”la razılığa gəlməsəydim, yəqin ki, ora keçəcəkdim”.
32 yaşlı forvard həmçinin, əlavə edib ki, “Real” və “Barselona” ilə heç bir təması olmayıb.
Salah üçün 2024/25 mövsümü uğurlu keçib. O, Premyer Liqada 38 oyunda 29 qol vurmaqla yanaşı, 18 məhsuldar ötürmə ilə çempionatın ən məhsuldar oyunçusu olub.
Bizi Facebook-da izləyin



