“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb

“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 35-ci turuna təsadüf edib.

“Zirə” ilə səfər matçında buraxılan top 250-ci olub. Bu qola Georgi Papunaşvili imza atıb.

250-ci qol 2018-ci ildə Premyer Liqada debüt edən “Sabah”ın 211-ci görüşünə təsadüf edib. Bunlardan 120-si evdə, 130-u səfərdə buraxılıb.

“Zirə” – “Sabah” matçı 1:1 hesabı ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button