“La Liqada hər şey hələ də “Barselona”nın əlindədir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti bu həftə La Liqa çərçivəsində keçirəcəkləri “Barselona” ilə oyundan gözləntilərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunun çox vacib, hətta həlledici bir oyun olacağını bildirib:

“Bu çox vacib, hətta həlledici bir oyun olacaq. Qələbəmiz önəmli addım sayıla bilər, ancaq La Liqada hər şey hələ də “Barselona”nın əlindədir. Biz sona qədər mübarizə aparacağıq. İspaniya kubokunun finalı kifayət qədər rəqabətli keçdi. Həddindən artıq taktiki gedişlərə ehtiyac yoxdur. Oyuna ciddi yanaşmalı və maksimum inamla çıxış etməliyik”.

İspaniya La Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” oyunu mayın 11-də, saat 18:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button