“Sabah” Lənkəranda 45 istedad tapıb

29-30 aprel tarixlərində Lənkəran Olimpiya İdman Kompleksində gələcəyin futbol ulduzları üçün seçimlər keçirilib.

Komanda.az xəbər verir ki, “Sabah”ın Futbol Akademiyasının məşqçiləri tərəfindən təşkil olunan seleksiya prosesində 2009–2015-ci il təvəllüdlü 600-ə yaxın uşaq bacarığını nümayiş etdirib.

Hava şəraiti ilə əlaqədar olaraq seleksiyanın bir hissəsi qapalı meydançada baş tutub.

Seçimlər nəticəsində 45 istedadlı uşaq və yeniyetmə Bakıdakı final mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button