
ÇL: “PSJ ilə oyunda daim üstünlük göstərmək mümkün deyil”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-yə qarşı ev oyunundakı məğlubiyyəti (0:1) şərh edib.
Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında PSJ-yə qarşı daim üstün oynamağın mümkünsüz olduğunu bildirib:
“PSJ ilə oyunda daim üstünlük göstərmək mümkün deyil. Onlar İngiltərə Premyer Liqasının ən yaxşı klublarını məğlub ediblər. Heç kim PSJ-yə qarşı 95 dəqiqə boyunca tam nəzarət qura bilməz. Bu, mümkün deyil, bunu unudun”.
Cavab oyunu mayın 7-də Parisdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin