
“Sabah” 14:0 hesablı qələbə qazandı, çempion oldu
U-17 Qızlar Liqasında növbəti oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası evdə “Zaqatala City” ilə qarşılaşıb və böyükhesablı qələbə qazanıb – 14:0. “Sabah”ın qollarına Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıb.
Bu qələbədən sonra Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna iki tur qalmış çempionluğu təmin edib.
Qızlardan ibarət U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



