“Komandama qarşı antipatiya var” – Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Bizim üçün ağır oyun oldu. Bilirdik ki, bizi nə gözləyir. Birinci oyunda qələbə qazansaq da, ikinci oyunun necə keçəcəyini hamı bilirdi. İkinci hissədə oyunun ritmini bir az itirəndən sonra “Qarabağ” oyunu ələ aldı. “Qarabağ”ı təbrik edirəm. Çempionatda digər oyunlara köklənəcəyik. “Qarabağ” bizdən üstün, oturuşmuş, sabit komandadır. Bilirəm ki, heç kəs o epizodu görməyəcək, lakin 25-ci dəqiqəyə baxsaq, oyunda hər şeyin dəyişəcəyini görə bilərdik. Mən hiss edirəm ki, mənim komandama qarşı antipatiya var. Mən komandamı atıb, bu haqda fikirləşsəm, işdən azad olaram. Lakin mən bu antipatiyanı hiss edirəm. Baş məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır. Hücuma çıxan komanda topu əl ilə saxlayırsa və hakim əldən sürüşdü deyirsə, mənim sözüm yoxdur. İndiki halda cəzalı və zədəli futbolçularımız olduğundan, problem yaşayırıq”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button