“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndü

“Araz-Naxçıvan”ın futbolçuları Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç zədələrini sağaldaraq məşqlərə başlayıblar.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”la cavab görüşünə hazırlıqlara qoşulan futbolçuların meydana çıxıb-çıxmayacaqları matç günü məlum olacaq.

Aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” görüşü saat 17:00-da start götürəcək. Komandaların ilk görüşündə Naxçıvan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button