Mahir Emreli dubl etdi, komandası uduzdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasının heyətində dubl müəllifi olub.

Komanda.az xəbər verir ki, oyun 2-ci Bundesliqanın 30-cu turuna təsadüf edib.

Doğma meydanda “Paderborn”u qəbul edən “Nürnberq”in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb. O, 90+3-cü dəqiqədə növbəti dəfə rəqibin qapısına yol tapıb.

Bununla belə, 27 yaşlı hücumçunun qolları komandasına xal qazandırmayıb. Nəticədə, “Paderborn” 3:2 hesablı qələbəyə sevinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button