“Qalatasaray” yeni transferini icarəyə verir
Türkiyə çempionu “Qalatasaray” bu yay transfer etdiyi Valentine Ozornvaforu icarəyə verməyə qərar verib.
Komanda.az xəbər verir ki, Super Liqa nəhəngi nigeriyalı müdafiəçini İspaniyanın 2-ci liqa təmsilçisi “Almeriya”ya icarəyə verməyə hazırlaşır.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda 20 yaşlı müdafiəçinin 1 illik icarəyə verilməsi ilə bağlı “Almeriya” ilə danışıqlar aparıldığı diqqətə çatdırılıb.
Qeyd edək ki, “Qalatasaray” Ozornvaforu bu yay Nigeriyanın “Enyimba” klubundan 300 min avroya transfer edib. Gənc futbolçu “sarı-qırmızılar”ın 3 yoxlama oyununda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin