
Krivotsyukun komandası səfərdə xal itirdi
Futbol üzrə Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” səfərdə “Seul”la qarşılaşıb.
Bu oyunda qalib müəyyənləşməyib – 2:2. Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
8 turdan sonra aktivində 17 xal olan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin