B Seriyası klubu “sükan”ı Mançiniyə tapşırmaq istəyir

İtaliya millisinin sabiq çalışdırıcısı Roberto Mançini vətənində işə düzələ bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Leonardo Sempliçini istefaya göndərən “Sampdoriya” italiyalı mütəxəssisi bu posta təyin etməkdə maraqlıdır.

Komanda İtaliya B Seriyasının cari mövsümündə zəif çıxış edir. Genuya təmsilçisi 32 turdan sonra 32 xal toplayıb və aşağı liqaya düşmə zonasındadır.

“Sampdoriya” B Seriyasının növbəti oyununda doğma meydanda “Çittadella” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button