
“Gəncə” “Sumqayıt”ı məğlub yola saldı
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, turun bağlanış qarşılaşması Gəncə İdman Sarayında baş tutub. B qrupunun matçında ev sahibi “Gəncə” “Sumqayıt”ı 94:92 hesabı ilə məğlub edib.
20-ci turun əvvəlki matçlarında “Şəki” “Lənkəran”ı 107:78, “Ordu” “Quba”nı 97:88, “Neftçi” “Abşeron”u 85:77, “Sərhədçi” NTD-ni 103:77, “Sabah” isə “Naxçıvan”ı 111:89 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



