
Ərəblər De Bruyne üçün danışıqlar aparır
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının ikinci liqa klubu “Neom SC” belçikalı futbolçunu transfer etmək üçün ciddi danışıqlar aparır.
33 yaşlı oyunçu özü də Yaxın Şərqə köçməyin əleyhinə deyil.
De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti yayda başa çatacaq, ona görə də, o, azad agent ola bilər.
“Neom SC” 26 turdan sonra 57 xalla Səudiyyə Ərəbistanının 2-ci liqasına başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



