PSJ ingiltərəli hücumçu ilə maraqlanır

“Marsel”in hücumçusu Meyson Qrinvud Fransanın başqa bir klubunun marağına səbəb olub.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə PSJ klubu maraqlanır.

Qrinvud 2024-cü ilin yayında “Mançester Yunayted”dən 26 milyon avroya “Marsel”ə transfer olunub. O, klubla 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb. Onun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.

İngiltərəli forvard Fransa çempionatının cari mövsümündə 26 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button