
İrlandiyalı futbolçu narazıdır – ”Liverpul”dan ayrılmaq istəyir
“Liverpul”un qapıçısı Kaomhin Kelleher qarşıdakı transfer pəncərəsində komandasını tərk edərək, İngiltərə Premyer Liqasının başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, irlandiyalı oyunçu komandadakı əvəzedici rolundan razı deyil. “Qırmızılar” Giorgi Mamardaşvilini transfer etdiyinə görə, Kelleherin klubdakı gələcəyi şübhə altına düşüb və o tezliklə komandasını dəyişmək istəyir.
Hazırda qolkiper üçün mübarizəyə “Bornmut” başçılıq edir. Daha əvvəl “Çelsi” və “Tottenhem”in futbolçu ilə maraqlandığı bildirilirdi.
Kelleher bu mövsüm “Liverpul”un heyətində 18 oyuna çıxıb və 17 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



