
MY İtaliya klubunun müdafiəçisini “qaralayıb”
İtaliyanın “Cenoa” klubunun müdafiəçisi Koni de Vinter “Mançester Yunayted”in “radar”ına düşüb.
Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” belçikalı futbolçunu diqqətlə izləyir və yayda onu transfer etməyi düşünür. Müqavilənin təxminən 30-35 milyon avro dəyərində ola biləcəyi iddia edilir.
“Cenoa” 2024-cü ilin yayında 22 yaşlı oyunçunu “Yuventus”dan 8 milyon avroya alıb.
De Vinter bu mövsüm İtaliya çempionatında 17 matçda meydana çıxıb və 3 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



