
Vaqif Cavadov: “Siz də bunu dərk etməlisiz ki, mən gənc məşqçiyəm”
“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 26-cı turunda “Kəpəz”i qəbul edib.
Komanda.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadovun oyundan sonra mətbuat konfransı keçirilib. Cavadov bu oyunun çox vacib olduğunu bildirib:
“Çətin bir vəziyyətdə idik. Bugünkü oyun çox vacib idi. Oyunçular da bunu dərk edirdi. Gözəl oyunla üç xal qazandıq. Təbrik edirəm oyunçularımı. Azər Bağırov yaxşı komanda formalaşdırıb. Onlara da uğurlar arzulayıram.
Gənc məşqçiyəm, özümə inanıram. Öz üzərimdə çalışacam. Qalib gəldik, başımızı aşağı salıb növbəti oyulara hazırlaşacağıq. Komandam da mənə inanır. Məşqçi işi elədir ki, hər an hər şey ola bilər. Siz də bunu dərk etməlisiz ki, mən gənc məşqçiyəm. Şükürlər olsun ki, bu çətin vəziyyətdən çıxdıq, üç xalımızı qazandıq. Siz mənə inanmaya bilərsiz, amma rəhbərliyin güvənini hiss edirdim.
Mən həmişə sizə açıq olmuşam. Bilirəm ki, üzərimizdə güclü təzyiq var idi. Onu da deyim ki, belə təzyiqin öhdəsindən gəlmək güclü insanlara xas olan bir əlamətdir.
Yeni gələn hər dörd futbolçu yavaş-yavaş formasını yığır, komandaya uyğunlaşır. Yenə deyirəm, on oyun qol vurmamaq və qalib gəlməmək basqı və təzyiq yaratmışdı. İnanıram ki, bugünkü oyun bu çətin situasiyadan çıxmağımıza böyük kömək olacaq”.
“Sumqayıt” növbəti turda səfərdə “Turan Tovuz”la qarşılaşcaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin


