
“Kəpəz”in futbolçusu mükafatlandırıldı
Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Kəpəz” klubunun futbolçusu Turan Manafov mükafatlandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Müdafiəçinin “Turan Tovuz”a 5:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu birinci qol ən yaxşı seçilib.
Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafat 26-cı turun “Sumqayıt” – “Kəpəz” oyunundan əvvəl təqdim edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



